Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublika gömrük orqanları tərəfindən əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son vaxtlar xarici bazarlarda saxta yollarla hazırlanmış yuyucu və təmizləyici vasitələrə, məktəbli ləvazimatlarına və digər mallara daha çox rast gəlinməsi bu cür məhsullara qarşı mübarizəni daha da aktual edir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsində saxta və keyfiyyətsiz  idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib. Sözügedən təlimi Türkiyə Respublikasında fəaliyyət göstərən Esfor şirkətindən dəvət olunmuş mütəxəssislər aparıblar. Qeyd edək ki, saxta mallara qarşı mübarizə sahəsində 19 illik təcrübəsi olan şirkət dünyanın 190 firması ilə əməkdaşlıq edir. Təlimdə Esfor şirkətinin rəhbəri Cengiz Gümüştüs qurumun iş prinsipi, yoxlamaların aparılması üçün istifadə edilən cihazlar, beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Şirkətin eksperti Merve Eraslan Procter&Gemble, Adel və Faber-Castell şirkətlərinə  aid olan malların orjinal və saxta olanının ayırd edilməsi üsullarını diqqətə çatdırıb, bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb. Təlimçilər özləri ilə bərabər gətirdikləri nümunələrin timsalında malların orjinal və ya saxta olmasını müəyyən etməyi praktik olaraq izah ediblər.

Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının  da iştirak etdiyi təlimin sonunda sertifikatlar paylanılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş tətbiqi məqsədilə gələcəkdə də bu cür təlimlərin təşkili nəzərdə tutulub.

Rahil Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: