Ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan mətbəxinin nümunələri ölkəmizdə, eləcə də dünyada brend məhsul kimi qəbul olunur. Muxtar respublikada “Ailə təsərrüfatları ili”ndə qədim diyarın brendinə çevrilən “Naxçıvan qovurması”nın istehsalı­nın genişləndirilməsi, kiçik həcmli taralarda qablaşdırılması təsərrüfat sahiblərinə yaxşı qazanc gətirə bilər. Bu fikirlər Kəngərli rayonunun Yurdçu kəndində ailə təsərrüfatı sahibləri üçün keçirilən seminar-müşavirədə səsləndirilib.

Seminar müşavirədə rayon icra hakimiyyətinin şöbə müdiri Mahir İsmayılov, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oktay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı Loğman Bayramov ailə təsərrüfatlarının yaradılmasının əhəmiyyətindən danışıblar.

Seminar-müşavirədə həmçinin meyvə və tərəvəzlərin, eyni zamanda bostançılıq məhsullarının qurudulması, qablaşdırılması texnologiyası, onların etiketlənməsi, digər sahələrin inkişaf etdirilməsi yolları, payız əkinlərinin vaxtında və keyfiyyətlə, əkin atlaslarına uyğun, şırım üsulu ilə aparılması qaydaları izah olunub, bununla bağlı bukletlər  təqdim edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: