Çin hökuməti tərəfindən muxtar respublikaya mobil elektrik stansiyaları veriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında müqavilə imzalanıb.

Müqaviləni Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi-ticari məsələlər üzrə məsləhətçisi Vanq Çunqanq imzalayıblar.  

Müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasına dəyəri 4 milyon 969 min manat olan 2 dəst 200 kilovat gücündə dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil Günəş elektrik stansiyası, 410 dəst Günəş su qızıdırıcısı və 6 dəst 10 kilovatlıq külək-günəş hibrid elektrik stansiya qurğusu təmənnasız veriləcəkdir. Layihənin təchizatçısı Çinin “Hebei Maşın İdxal və İxrac şirkəti”dir. Avadanlıqlar 110 gün müddətində muxtar respublikaya çatdırılacaq, şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq və yerli mütəxəssislərə təlim keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: