NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində dövlət nəzarəti həyata keçirilib və maarifləndirici söhbətlər aparılıb.
Maarifləndirmə tədbirinin əsas məqsədi kefiyyətə nəzarət üzrə məsul şəxslər və laboratoriya mütəxəssisləri tərəfindən burada istehsal olunan inşaat materiallarının istifadədən öncə mütləq şəkildə sınaqdan keçirilməsinə və istehsal prosesində məhsulların keyfiyyət göstəricilərinin yoxlanılmasına nəzarətin gücləndirilməsidir.