NUHÇIXAN-ın verdiyi məlumata görə, “Naxtel” MMC-də abunəçilərə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması, şəbəkə təminatının gücləndirilməsi məqsədilə 2019-cu il avqustun 28-də saat 00.00-dan etibarən avadanlıqlarda və proqram təminatında baxım, quraşdırma və yenilənmə tədbirləri həyata keçiriləcəkdir. Bu zaman şəbəkədə yaranan hər hansı çatışmazlıqdan abunəçilər narahat olmasınlar.