Gənclərin muzeylərə ekskursiyası davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respubikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir qrup gəncin Ordubad rayonuna ekskursiyası təşkil olunub.

Əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq muzeyini gəzən gənclərə bura haqqında geniş məlumat verildikdən sonra onlar Akademik Yusif Məmmədəliyevin ev muzeyində olublar.

Daha sonra gənclər görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev muzeylərini ziyarət ediblər. Bu muzey ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci  ildə, ədibin anadan olmasının 100 illiyi münasibəti ilə Ordubad şəhərində yaradılıb. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə şəkilləri qorunub saxlanır.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: