Taksi sürücüləri muzeylərlə tanış olurlar - FOTOLAR

A- A A+

Taksi xidməti ilə məşğul olan sürücülərin muxtar respublikanın turizm məkanları, muzeylər və tarixi yerlər barədə məlumatlandırılması üçün mütəmadi ekskursiyalar təşkil edilir.

NUHÇIXAN xəbər verir ki, sürücülər bu dəfə Naxçıvan Dövlət Tarix Muzeyində olublar. Ziyarətçilərə Naxçıvan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə  məlumat verilib. Qeyd olunub ki, muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub.

Məlumat verilib ki, bu il yaradılmasının 95 illik yubileyini geniş şəkildə qeyd etdiyimiz muzey maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük rol oynayıb. 49 mindən çox eksponatın mühafizə olunduğu muzey həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların ən çox ziyarət etdiyi mədəniyyət ocaqlarından biridir.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: