Hindistanın səfiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səfir səfəri çərçivəsində bu gün ulu öndər Heydər Əliyevin  Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsi qoyub. Qonaq Heydər Əliyev Muzeyini də gəzib.

Səfir ulu öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı eksponatlara  maraqla baxıb. Ümummilli liderin ölkəmizin xarici əlaqələrinin inkişafı üçün həyata keçirdiyi tədbirləri əhatə edən sənət və materiallar, müxtəlif görüşlərdə çəkilmiş foroşəkillərlə tanış olub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: