“Naxçıvan Muxtar Respublikası – 95” rəsm müsabiqəsinə yekun vurulub

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə hamiliyə verilən gənc rəssamlar arasında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən rəsm müsabiqəsinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Rəssamlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Dövlət, “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu və Texniki Kollecdən 12 istedadlı gənc iştirak edib.

Gənc rəssamların müxtəlif mövzularda və janrlarda işlədikləri rəsmlər maraqla qarşılanıb. Doğma diyarımızın tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb.

Müsabiqədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və tanınmış rəssam Rəfael Qədimovun təmsil olunduğu münsiflər heyəti tərəfindən birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə isə üç nəfər layiq görülüb. Digər gənc rəssamlar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: