Yaylaqlarda maarifləndirici tədbirlər aparılır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Culfa rayonunda köçəri heyvandarlıqla məşğul olan sahibkarlarla maarifləndirici söhbətlər aparıblar.

Maarifləndirici görüş “Köndələn” və “Dəmirli” yaylaqlarında məskunlaşan sahibkarlarla olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kamran Əliyev bildirib ki, yaylaq mövsümünün başa çatması ilə əlaqədar mal-qaralarını aran  bölgələrə aparan fermerlər yaylaqdan köç edərkən ərazilərin təmizliyinə diqqət etməli, sahələr təmizlənərək tullantılar basdırılmalı, ərazilərdəki üzvi gübrələr otlaq sahələrinə dağıdılmalıdır. Bu da gələcəkdə həmin ərazilərdə bitki örtüyünün daha yaxşı inkişafına şərait yaradacaq.       

                                       

                                                                        Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: