Ahıllar Rüstəm meşəsində istirahət ediblər - FOTOLAR
Şahbuz şəhərində fəaliyyət göstərən Ahıllar evi sakinlərinin rahat yaşayışı üçün tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Əlamətdar günlərdə onların iştirakı ilə tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iyunun 1-də Ahıllar Evi sakinlərinin Rüstəm meşəsində gəzintiləri təşkil edilib. Burada sakinlər üçün çay süfrəsi təşkil olunub.
Tədbirdə, Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifa etdikləri bir-birindən maraqlı saz havaları gəzinti iştirakçılarında xoş ovqat bəxş edib.
Sonda ahıllar onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.