Naxçıvan Televiziyasının hazırladığı sənədli film sağlamlıq imkanları məhdud şəxslər üçün nümayiş olunub - FOTOLAR
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncamına uyğun olaraq növbəti tədbirlər həyata keçirilib. Mərkəzin kinozalında Nemətullah Naxçıvani haqqında Naxçıvan Televiziyasının hazırladığı sənədli filmin sağlamlıq imkanları məhdud şəxslər üçün nümayişi təşkil olunub.
Həmçinin, “Könül işığı” brayl jurnalının Nemətullah Naxçivaninin həyat və yaraıcılığına həsr edilmiş xüsusi buraxılışı çap olunaraq Mərkəzin audiokitabxana xidmətinin kataloquna da əlavə edilib.