Kəngərlidə 24 uşaq pulsuz əməliyyat olundu - FOTOLAR
1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş növbəti aksiya çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasında 24 uşaq fimoz (sünnət) əməliyyatı edilib.
NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasında cərrahlardan ibarət həkim briqadası yaradılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir neçə saatlıq müşahidədən sonra evlərinə buraxılıb. Valideynlər övladlarının ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq ediblər. Bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.
Aksiyada həmçinin, iştirak edən valideynlər arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, yoluxucu, ginekoloji və digər xəstəliklər barədə səhiyyə maarifi işləri aparılıb.
Belə aksiyaların ilboyu digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
Hüseyn Əsgərov