NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması” mövzusunda təlim keçirilib.
Təlimdə komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, rayon idarələrinin əməkdaşları üçün keçirilən bu təlimin ünvan reyestrinin aparılması sahəsində biliklərinin daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev ünvan reyestrinin aparılması sahəsində komitənin rayon idarələrinin qarşısında duran vəzifələrdən danışıb. Bildirib ki, bu sahədə Naxçıvan şəhərində işlər yekunlaşdırıldıqdan sonra əhalisi 5 mindən çox olan digər yaşayış məntəqələrində də işlərə başlanılacaq. Sonra ünvan reyestrinin aparılması sektorunun müdiri Ruslan Həsənov bu sahədə Naxçıvan şəhərində görülən işlərdən danışıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.
Əbülfəz Dünyamalıyev