Naxçıvanda məktəbli yarmarkası davam edir - FOTOLAR

A- A A+

Xəbər verdiyimiz kimi, avqustun 30-da Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda məktəbli yarmarkası fəaliyyətə başlayıb. NUHÇIXAN xəbər verir ki, bu gün yarmarkanın ikinci günündə də həmin məkanda alıcı çoxluğu hiss olunub və xeyli məktəbli formaları, çantaları və digər ləvazimatlar əhaliyə satılıb.“Zümrüd” Tikiş MMC tərəfindən çıxarılan məhsulların alıcısı daha çoxdur.

Yarmarka hər gün saat 9:00-dan 14:00-a kimi əhaliyə xidmət göstərir. Yarmarkada 3-ü istehsalçı olmaqla, 24 sahibkarlıq subyekti iştirak edir.

Yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantaları və başqa ləvazimatlar alıcılara digər satış yerlərindən 10-15 faiz aşağı qiymətə təklif olunur. 

Qeyd edək ki, yarmarka sentyabrın 15-dək davam edəcək.                                                                                                

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: