2019-cu ilin yanvar-iyul aylarında Culfa rayonunda sosial-iqtisadi inkişaf

A- A A+

2019-cu ilin yanvar-iyul aylarında Culfa rayonunda 4 milyon 335 min 700 manat həcmində sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 0.8 faiz üstələmişdir.

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-iyul aylarında Culfa rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 19 milyon 5 min 400 manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 17 milyon 820 min 600 manatı və ya 93.7 faizi tikinti quraşdırma işlərinin payına düşür.  

2019-cu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2 milyon 280 min 200 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz çoxdur. Mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqaisədə 2.2 faiz artaraq 2 milyon 66  min 300   manat olmuşdur. 

2019-cu ilin yanvar-iyul aylarında rayonun nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1.2 faiz, sərniş daşınması 0.8 faiz  artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 2 milyon 445 min 400 manat gəlir əldə edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 2.9 faiz çoxdur.
 
Cari ilin yanvar-iyul aylarında 34 milyon 404 min 200 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 3.1 faiz üstələmişdir. Bu dövr ərzində rayonda diri çəkidə 2154 ton ət, 7068 ton süd  127 ton yun istehsal edilmiş, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1.4 faiz, süd istehsalı 1.2 faiz, yun istehsalı 1.6 faiz artmışdır.  

2019-cu ilin yanvar -iyun aylarıında rayonun iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 427.8 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.9 faiz artmışdır. 

1 iyul 2019-cu il tarixə Culfa rayonunda əhalinin sayı bir il öncəyə nisbətdə 322 nəfər artaraq 46 min 879 nəfər olmuşdur.

  
   Rayon Statistika İdarəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: