Yaşayış binasında son tamamlama işləri aparılır 

A- A A+

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə ra­yonumuzda bir-birinin ardınca həyata keçirilən quruculuq tədbirləri, rayon sakinlərinin sevincinə səbəb olmuşdur.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonumuzda tikinti-quruculuq işləri geniş vüsət alıb. Hazırda Culfa şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən, zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan yaşayış binasında təmir işləri başa çatmaq üzrədir. İş icraçısı Saleh Mehdiyev binada bütün su, qaz, işıq sisteminin yenidən qurulduğunu bildirdi.

Təmir olunan yaşayış binasında yeni və müasir istilik sisteminin qurulması bina sakin­­lərinin sevincinə səbəb olub. Binada sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 

36 mənzilli yaşayış binasının əsaslı təmiri bütün bina sakinlərini çox sevindirir deyən sakin Xaliq Hacıyev onu da vurğuladı ki, hər birimiz bizə bu cür yaxşı şərait yaradıb, qayğımıza qalan dövlətimizə minnətdarıq.  

             ARAZIN SƏSİ
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: