Qıvraq qəsəbəsində məktəbli yarmarkası təşkil olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Qıvraq qəsəbəsində ənənəvi məktəbli yarmarkası keçirilir.

Məktəblilərin təhsil ləvazimatlarına olan tələbatını ödəmək istiqamətində keçirilən məktəbli yarmarkalarının rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqsəd məktəblilərin tədris ləvazimatları ilə təminatını daha rahat, səmərəli və asan başa gələn şəkildə təşkil etməkdir. Təqdirolunası haldır ki, tədris ilinin başlanması ərəfəsində məktəbli yarmarkaları təkcə muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində deyil, rayon mərkəzlərində də keçirilir.

Qeyd edək ki, avqust ayının 30-dan başlayaraq Kəngərli rayonunda da məktəbli yarmarkasının keçirilməsinə start verilib. Sentyabr ayının 15-dək davam edəcək yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, lüğətlər, ədəbiyyatlar və digər ləvazimatlar satılır. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata da böyük alıcı marağı vardır. Satış yerlərinin hər birində məktəblilərin tədris ləvazimatlarının zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, yüksək xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır.

 

 “Yeni həyat”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: