NUHÇIXAN xəbər verir ki, CNN kanalının ərəb bölməsinin saytında (https://arabic.cnn.com/travel/article/2019/07/28/ashabi-kahf-cave-nakhchivan) “Əshabi-Kəhf”lə bağlı məqalə dərc olunub. Məqalənin müəllifi Yasəmin Ogah qeyd edib ki, mağara hekayəsi haqqında ətrafımızdakılardan həmişə eşitmişik və şübhəsiz ki, maraqlı hekayənin harada baş verdiyini bilmək istərdiniz. Onun harada olduğu ilə bağlı bir çox fərziyyələr var və azərbaycanlılar bu müqəddəs mağaranın öz ölkələrində yerləşdiyinə inanırlar. Mağaranın sahibləri və ya azərbaycanlıların dediyi kimi "Əshabi Kəhf" ziyarətgahı Naxçıvan Muxtar Respublikasında yerləşən bir məbəddir.
Keçmişdə mağaraya çatmağın çətin olduğunu qeyd edən müəllif bildirir ki, bərpadan sonra vacib bir turizm mərkəzinə çevrilən “Əshabi-Kəhf”ə yollar çəkilib və ziyarətgah abadlaşdırılıb. Hər il bu ziyarətgahı dünyanın müxtəlif yerlərindən on minlərlə insan ziyarət edir.