Ordubad rayonunun Dəstə kəndində maarifləndirici görüş keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ordubad rayonunun Dəstə kəndində “NAĞDSIZ ÖDƏYƏK” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə nağdsız ödənişlərin məqsəd və mahiyyəti barədə iştirakçılara geniş məlumat verilib.

Qeyd olunub ki, nağdsız ödənişlər etməklə vətəndaşlar həm vaxtlarına qənaət etmiş olur, həm də qiymətli hədiyyələr əldə etmək şansı əldə edirlər. Belə ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci  tirajında məhz Ordubad rayonu üzrə 55 nəfər müxtəlif qiymətli hədiyyələr əldə ediblər.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçılarına hazırlanmış bukletlər paylanılıbdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: