“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı uşaqların təhsil alması, tibbi və sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər ötən ay da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, eləcə də onun Defektoloji bölməsinin Şərur və Ordubad rayonlarındakı bölmələrində müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, həmçinin müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib, reabilitasiya təlimlərinə 155 uşaq cəlb olunub.
Bu qəbildən olan uşaqların tibbi reabilitasiyası da diqqətdə saxlanılıb, Uşaq Bərpa Mərkəzində 39 uşağın müalicəsi təşkil edilib, 3 uşağa protez-ortopediya xidmətləri göstərilib, 10 uşağa texniki reabilitasiya vasitələri təqdim olunub.