Sirab kəndində arxeoloji tədqiqatlara başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Babək rayonunun Sirab kəndindəki qədim yaşayış yerlərində tədqiqatlara başlayıb.

Sirab ərazisində aparılan arxeoloji tədqiqatların əsas məqsədi qədim yaşayış yerlərində yaşayışın davamlılığı, Eneolit mədəniyyətləri arasındakı əlaqəni öyrənmək və bu mədəniyyətlərin inkişaf ardıcıllığını dəqiqləşdirməkdən ibarətdir. Qeyd edək ki, arxeoloji ekspedisiya əvvəlcə muxtar respublikanın dağlıq ərazilərində kəşfiyyat xarakterli araşdırmalar aparıblar. “Uçan ağıl” yaşayış yerində aparılan qazıntılar isə qədimdə insanların yaxınlıqda mövcud olan yaşayış yerləri ilə əlaqələrini müəyyənləşdirməyi nəzərdə tutub.

“Uçan ağıl” qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar nəticəsində mövsümi yaşayış binalarının qalıqları, müxtəlif formalı keramika nümunələri, dən daşları, daş və sümük alətlər  aşkar olunub. Qazıntı sahəsində aşkar olunan nümunələrə əsaslanan tədqiqatçılar burada yaşayışın uzun müddət davam etdiyini bildirirlər.

Sirab ərazisində aparılan araşdırmalar burada qədim dövrlərdən insanların məskunlaşmasından xəbər verir. Tədqiqatlar zamanı yaşayış yerlərindən zəngin maddi-mədəniyyət nümunələrinin, eyni zamanda mis filizinin qalıqlarına rastlanması qədim insanların xammal ehtiyatlarından istifadə etdiyini göstərir. Yaşayış yerində tədqiqat işləri davam etdirilir.

 

                                                                 Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: