Kəngərli rayon Mərkəzi Xəstəxanasında taktiki-xüsusi təlim keçirilib - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayon Mərkəzi Xəstəxanasında “Təbii fəlakətlər zamanı və radioaktiv çirklənmə şəraitində zədələnmişlərə tibbi yardımın göstərilməsi” mövzusunda  taktiki xüsusi təlim keçirilib. Taktiki xüsusi təlimin əsas məqsədi təbii və texnogen xarakterli fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan tibb qüvvələrinin hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə (radioaktiv çirklənmə) ocaqlarında təxirəsalınmaz tibbi yardımın göstərilməsini təşkil etmək, həmçinin kompleks müalicə-təxliyə, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasında xəstəxananın digər dövlət orqanları ilə qarşılıqlı əlaqə suallarını məşq etdirməkdən ibarət olub.

Birinci mərhələdə əhalinin və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili üzrə vəzifələrin yerinə yetirilməsində rəhbər heyətin, tibbi briqadaların, epidemiloji kəşfiyyat qrupunun, sanitar-epidemioloji briqadaların və obyekt mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb.

İkinci mərhələdə isə təbii fəlakətlər və qəzalar zamanı xəsarət alanlara  həkiməqədər yardımın və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi, radioaktiv çırklənmə şəraitində işçilərin mühafizəsinin təşkili məqsədilə ətraf mühit obyektləri üzərində müşahidənin aparılması, işçilərə fərdi mühafizə vasitələrinin paylanması və onların sığınacaqda yerləşdirilməsi, qismən sanitar təmizləmə, paltar və ayaqqabıların dezaktivasiya edilməsi, həmçinin xəstəxanada ehtimal olunan kiçik yanğınların əlaltı vasitələrlə söndürülməsi praktiki olaraq həyata keçirilib.

Qeyd edək ki, təlimdə xəstəxananın 15 nəfərdən ibarət 3 ixtisaslaşdırıl həkim yardım briqadası, 3 ədəd təcili yardım avtomobili, 29 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, Gigiyena və Epidemiologiya Mərkəzinin 6 nəfərdən ibarət dezinfeksiya briqadası və epidemoloji kəşfiyyat qrupu, həmçinin Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 5 əməkdaşı iştirak edib. Təlim uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: