Ümumtəhsil məktəblərində metodiki toplantı keçirilib - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şahbuz və Culfa rayonlarının ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri ilə tədris-metodiki toplantı keçirilib.

Keçirilən tədbirin əsas məqsədi yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərində keçirilən mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, müəllimlərə əməli köməklik göstərmək və onların bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarət olub.

Tədbirlərdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov vurğulayıb ki, təsdiq olunmuş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat həcmində, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçirilir. Qeyd olunub ki, mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci yarımilində, 6-cı siniflərdə isə birinci yarımildə tədris olunur. Bu dərslərin keçirilməsinin xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Qeyd olunan siniflərdə şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınmaqla uşaqlarda mülki müdafiə fənninə maraq və müsbət əhval-ruhiyyə  yaratmaq mümkündür. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, slaydlar və videomateriallar məktəblərə təqdim olunub.

Daha sonra bır sıra mövzularda mühazirələr dinləndikdən sonra  müəllimləri maraqlandıran suallar cavablandırılıb, onlara metodiki kömək məqsədi ilə əyani vəsaitlər, slaydlar və video materiallar təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: