“NAĞDSIZ ÖDƏYƏK” adlı maarifləndirici görüşlər keçirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək rayonunun Cəhri və Şahbuz rayonunun Kolanı kəndlərində “NAĞDSIZ ÖDƏYƏK” adlı növbəti maarifləndirici görüşlər keçirilib.

Keçirilən tədbirlərdə nağdsız ödənişlərin üstünlükləri və əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, muxtar respublikada əksər müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və digər sahələrdə işləyənlərin  əməkhaqqları , pensiya və müavinətlər həmin şəxslərin bank hesabına daxil olur. Nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici tədbirlərin keçirilməsi də əhalini elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq etmişdir.

Nəzərə çatdırılıb ki, rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, ümumilikdə iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanılıbdır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: