Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində maarifləndirici seminar-müşavirə keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, seminar-müşavirədə ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi, taxıl sahələrində Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin əməkdaşlarının iştirakı ilə patrul xidmətinin təşkilindən danışılıb.
İntensiv biçin aparılan sahələrdə yanğınsöndürmə avtomobillərinin heyətlərlə növbə çəkmələri və aidiyyatı dövlət orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən tədbirlər haqqında məlumatlar verilib. Taxıl xırmanlarının bina və tikililərdən 50, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşdirilməli olduğu qeyd edilib.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və iştirakçılara ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slaydlar təqdim olunub.
Rəmzi İbrahimov