Naxçıvançayın sahilində yeni istirahət sahələri yaradılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvançayın kənarında salınan müasir istirahət mərkəzi və bulvarda tikinti-quruculuq işlərinin çox hissəsi başa çatdırılıb.
Yeni tikilən bulvar insanların istirahəti üçün gözəl bir məkan olacaq. Burada əyləncə guşələri, velosiped yolu, kafe, əl oyunları kompleksi tikilir, yaşıllıqlar salınır, müasir işıqlandırma sistemləri qurulur.
Uşaq Əyləncə Mərkəzinin və “Görüş yeri” kafesinin yaxınlığında salınan bulvar həm də turizmin inkişafına öz töhfəsini verəcək. Hazırda həmin bulvarın ətrafında abadlıq işləri aparılır, yeni yaşıllıq sahələri yaradılır.
Naxçıvançayın vadisində tikilən daha bir obyekt müasir istirahət mərkəzidir. İstirahət mərkəzi zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.
Qeyd edək ki, muxtar respublikada polis orqanları əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün də tədbirlər davam etdirilir. Belə ki, Naxçıvan Dəmir Yol Nəqliyyatında Polis Şöbəsi üçün yeni inzibati binanın tikintisi aparılır.
Əbülfəz Dünyamalıyev