“Naxçıvan Dəmir Yol” MMC-nin Culfa Yük və Sərnişindaşıma İdarəsinin Vaqon Deposu Təmir Sexi və Vaqon Təmiri Sexinin İnzibati binası əsaslı şəkildə yenidən qurulur. Lokomotiv deposu üçün hər birinin uzunluğu 66 metr olan iki dəmir yol xətti yenilənir.
Hazırda konusturuksiyaların rəngləndirilməsi işi aparılır, döşəməyə betonun verilməsi işi həyata keçirilir. Vaqonların təmiri üçün qaldırıcı kranlar quraşdırılıb, elektrik xətləri yenilənib, sexin işıqlandırılması işləri başa çatdırılıb. Eyni zamanda burada sahə rəisinin otağı, mexaniklər üçün otaq, çilingərlər üçün iş otağı və istirahət otaqları yerləşəcək. Hazırda obyektin ikinci mərtəbəsində panellər döşənir. Birinci və ikinci mərtəbədə arakəsmələr hörülür. Tikintidə əsasən yerli tikinti materiallarından istifadə edilir.
Hər iki obyektin tikilməsi şəhərimizə gözəllik verməklə bərabər, burada çalışan işçilərin rahatlığına xidmət edəcək.
“Arazın səsi” qəzeti