Ümumtəhsil məktəblərində metodiki toplantılar davam edir - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri və dərs hissə müdirləri ilə tədris-metodiki toplantı keçirilib.

Tədbirdə əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərində keçirilən mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, ümumtəhsil məktəblərinin dərs hissə müdirlərinə mеtоdiki tövsiyələr vеrməkdir. Məqsəd məktəblərdə mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı və yаnğın təhlükəsizliyinin təmin оlunmаsı ilə bаğlı işlənilmiş sənədlər tоplusunun icrа vəziyyətinin yахşılаşdırılmаsındа müəllimlərə əməli köməklik göstərmək və onların bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdır.

Tədbirdə Kəngərli rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Fövəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov çıxış etdikdən sonra müəllimləri maraqlandıran suallar cavablandırılıb, onlara metodiki kömək məqsədi ilə əyani vəsaitlər, slaydlar və video materiallar təqdim olunub.

Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəngərli rayon Xok kənd tam orta məktəbində də analoji toplantı keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: