Bir qrup şəhid anası əsgərlərlə görüşüb - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkilatçılığı və xeberlertv.info informasiya saytının təşəbbüsü ilə bir qrup şəhid anasının əsgərlərlə görüşü keçirilib. 2016-cı ilin aprel döyüşlərində və digər vaxtlarda torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların yaxınları hərbi hissələrdə olub, Günnüt mövqeyində xidmət edən şəxsi heyətlə görüşüb, muxtar respublikamızın müxtəlif yerlərində şəhid məzarlarını ziyarət ediblər. Xeberlertv.info informasiya saytının direktoru Şəfaqət Vəliyeva bildirib ki, şəhid anaları ilə əsgərlərin görüşünün keçirilməsində əsas məqsəd şəxsi heyətdə vətənpərvərlik, qəhrəmanlıq və döyüşkənlik keyfiyyətlərini möhkəmlətmək, şəhid ailələrinə mənəvi dəstək olmaqdır.
Nəriman Nəcəfov