“Əshabi-Kəhf” Ziyarətgahına gənclərin ekskursiyası olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub. “Naxçıvanı tanıyaq” devizi altında “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksində olan ekskursiya iştirakçılarına kompleks haqqında məlumat verilib. Sonra onlar “Damcılı” mağaranı və “Cənnət bağı”nı gəzib, video və fotoşəkillər çəkiblər.

Gənclər muxtar respublikanın maraqlı və möcüzəvi yerlərini dünyada tanıtmaq üçün çəkilən foto və videoları sosial şəbəkələrdə paylaşacaqlarını bildiriblər.  

                                 

                                                             Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: