Lənkəran rayonunda zəlzələ olub

A- A A+

Sentyabrın 11-də Lənkəran seysmoloji stansiyasından 4 kilometr cənubda - Lənkəran rayonunun ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:56:49-da qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: