Sədərəkdə növbəti tədris-metodiki toplantı

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin II, V və VI siniflərinin rəhbərləri və dərs hissə müdirləri ilə tədris-metodiki toplantı keçirilib.

Tədbirdə qeyd olunub ki, mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci yarımilində, 6-cı siniflərdə isə birinci yarımildə tədris olunur. Bu dərslərdə şagirdlər fənn təcrübi nümunələrlə keçirilir. Dərslərin daha yaxşı mənimsənilməsi Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, slaydlar və videomateriallar məktəblərə təqdim olunub.

Bir sıra mövzularda mühazirələr dinləndikdən sonra  müəllimləri maraqlandıran suallar cavablandırılıb, onlara metodiki kömək məqsədi ilə əyani vəsaitlər, slaydlar və video materiallar təqdim olunub.

 

Əbülfəz Qafarov

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: