Əmək yarmarkasında 18 həkim işə göndəriş alıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın səhiyyə müəssisələrində vakant həkim və orta tibb işçisi yerləri üzrə əmək yarmarkası keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təşkil edilmiş əmək yarmarkasında Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev dövlətimizin səhiyyəyə, mütəxəssislərə və vətəndaşlara göstərdiyi qayğıdan  danışıblar. Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar boş iş yerləri ilə  maraqlanıblar.

Yarmarkada Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundakı səhiyyə müəssisələri də daxil olmaqla 620 vakant yer təklif edilib. Onlardan 503-ü həkim, 127-si isə orta tibb işçisi yeri olub.

 Gün ərzində davam edən əmək yarmarkasında 18 həkim və  37 tibb bacısı işə göndəriş alıb.

                                                                             

                                                                                               Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: