Naxçıvanın  tarixi abidələri və təbiəti “Mənim yay tətilim” adlı sərgidə - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İRS “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb. Sərgidə muxtar respublikanın uşaq incəsənət, bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan, rəsm dərnəklərində keçirilən ustad dərslərində iştirak edən uşaqların əl işləri ilə yanaşı, Rəssamlar Birliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə təşkil edilən müsabiqə iştirakçıları da olmaqla 70-dən çox uşağın 115 əl işi sərgilənir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı  Ülviyyə Həmzəyeva və  Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə təşkil edilən İRS “Mənim yay tətilim” adlı uşaq sərgisi muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin tərkib hissəsidir.

Digər çıxış edənlər sərgi münasibətilə uşaqları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müsabiqədə yer tutan uşaqlara diplomlar təqdim edilib, sərgiyə baxış olub.

Qeyd edək ki, muxtar respublikanın tarixi abidələrini, təbiətini  əks etdirən bir sıra maraqlı rəsmlər və əl işlərindən ibarət sərgi sentyabrın 16-dək davam edəcək.

 

                                                                             Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: