Yaşayış binasında tikinti işləri davam edir

A- A A+

Naxçıvan şəhərindəki Atatürk küçəsindəki 14 nömrəli yaşayış binasına da quruculuq işləri gedir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən təmir-bərpa işlərinə aprel ayının ortalarından başlanılıb.

Obyektin iş icraçısından aldığımız məlumata görə, 4 mərtəbəli 34 mənzilli yaşayış binasının təməli möhkəmləndirilib, fasad hissədə sütunların bərkidilməsi işləri aparılıb. Rabitə və elektrik xətləri yenilənib, yeni su və qaz xətləri çəkilib, bloklarda suvaq işləri aparılıb, pəncərələr yeniləri ilə əvəz olunub. İnşaatçılar lazım olan materialla təmin ediliblər.

Obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Hazırda yaşayış binasının dam örtüyü yenilənir, fasad hissəsində üzləmə işləri görülür.

Ayxan Hüseynli

“Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: