Bu gün Beynəlxalq Ozon Qatının Müdafiəsi Günüdür

A- A A+

16 sentyabr – Beynəlxalq Ozon Qatının Müdafiəsi Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin Yer kürəsində canlılar aləminin müdafiəsi və ozon qatının mühafizəsi barədə məlumatlandırılmasıdır.

NUHÇIXAN xəbər verir ki, həmin gün 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. Buna səbəb isə 16 sentyabr 1987-ci ildə “Ozon qatını məhv edən maddələr haqqında” Monreal Protokolunu anmaq idi. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunub. Bundan əvvəl isə ozon qatının dağılmasının qarşısını almaq məqsədilə 1985-ci il mart ayında “Ozon qatının mühafizəsi haqqında” Vyana Konvensiyası qəbul edilib. Vyana Konvensiyasına 173 dövlət qoşulub.

Azərbaycan da dünyanın aparıcı dövlətləri kimi ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanunu, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişini qəbul edib.

Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini Günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Mütəxəssislər 1970-ci ildə ozon təbəqəsinin tükəndiyi haqqında xəbərdarlıq ediblər. Bununla əlaqədar 1980-ci illərdə tədbirlər görülməyə başlanılıb və dünya ölkələrinə ozondağıdıcı maddələrin istifadəsini azaltmaq barədə müraciət edilib.

Cari ildə Beynəlxalq Ozon Qatının Müdafiəsi Gününün mövzusu “32 il və sağalma”dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: