Özbəkistan portalı bu ölkənin Türk Şurasına üzv olması qərarı ilə bağlı Azərbaycan XİN-in bəyanatını yayıb
Özbəkistanın tnews.uz portalı bu ölkənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması qərarı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.
NUHÇIXAN xəbər verir ki, bəyanatda Azərbaycanın Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olması ilə bağlı qərarını alqışladığı bildirilir. Özbəkistan tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanmasının türkdilli dövlətlərin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə olduğu vurğulanır. Qeyd olunur ki, Özbəkistanın Türk Şurasına üzv olmasının Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə təsadüf etməsi də Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır.