Rusiyalı onkoloq, Onkologiya Elmi Mərkəzinin eksperti Vladimir Bespalov xərçəngin riskini azaldan qida məhsullarının sıyahısını təqdim edib.
Onkoloqun fikrinə görə, xərçəngin riskini azaldan ən yaxşı məhsul tam taxıl bitkilər (yulaf, buğda, qarabaşaq, darı, kinoa və s.) və onlardan hazırlanmış çörək, makaron, sıyıqlardır. Bu qidaların tərkibində olan qidalı liflər və B qrupu vitaminləri xərçəngin riskini azaltmağa kömək edir.
Ekspertin sözlərinə görə, süd məhsullarının tərkibində olan zülal kazein də güclü xərçəngəleyhinə xüsusiyyətlərə malikdir.
NUHÇIXAN medikforum.ru-ya istinadla xəbər verir ki, alim likopin adlı maddəni də xüsusi vurğulayıb. Bu maddə pomidor və qırmızı qreyfrutların tərkibində xüsusilə çoxdur.
Digər faydalı maddə soyanın tərkibində olan izoflavonlardır.
Onkoloq sübut edir ki, onun sadaladığı məhsulların istehlakı orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir, xərçəngin riskini xeyli azaldır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.