Fövqəladə Hallar Nazirliyinin növbəti marifləndirici tədbiri - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şəkərabad və 12 nömrəli tam orta məktəblərində “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Keçirilən tədbirlərin əsas məqsədi orta məktəblərdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında məktəbin müəllim və texniki işçi heyətinə məlumat verməkdir.
Məruzəçilər payız-qış mövsümünə hazırlıqla bağlı təhsil müəssisələri tərəfindən həyata keçirləcək işlər, dəm qazının yaranması, dəm qazından zəhərlənmə halları zamanı ilk yardım qaydaları haqqında danışılıb. Həmçini məişətdə civə dağılmaları, dağılan civənin yığılması və təmizlənməsi qaydası, civə zəhərlənmələri zamanı ilk yardım qaydaları haqqında məlumat verilib.
Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi qaydaları haqqında da məktəb kollektivinə məlumat verilib.
Sonda müəllimlərin verdiyi suallar ətraflı şəkildə cavablandırılıb, mövzulara uyğun slaydlar nümayiş etdirmişlər.