Ukraynanın tanınmış uşaq ürək cərrahları Naxçıvana gələcəklər

A- A A+

Ukraynanın tanınmış uşaq ürək cərrahları Azərbaycana səfər edəcəklər.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibb Mərkəzinin direktoru, Ukraynanın Əməkdar həkimi İlya Emetsin başçılıq etdiyi heyət sentyabrın 20-23 Bakıda, 23-24-də isə Naxçıvanda olacaq.

Səfər çərçivəsində Azərbaycan cərrahları və tibb mütəxəssisləri ilə elmi-praktik görüşlər keçiriləcək. Həkimlər ürək xəstəsi olan uşaqları müayinə edəcək, ehtiyac yarandığı təqdirdə mürəkkəb cərrahiyyə əməliyyatları aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: