Ağbulaq İstirahət Mərkəzinin ətrafında ağac və kol bitkilərinin toxumları əkilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təbii bərpaya kömək məqsədi ilə Ağbulaq İstirahət Mərkəzinin ətrafında ağac və kol bitkilərinin toxumları əkilib.

Muxtar respublikada yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət göstərilir. Davamlı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ağac və kolların təbii bərpasına köməklik məqsədilə yeni meyvə tingiləri əkilir və toxum üsulu ilə əkin bərpa işləri aparılır. Bu dəfə Ağbulaq İstirahət Mərkəzinin ətrafındakı 10 hektara yaxın ərazidə müxtəlif xəstəliyə və quraqlığa davamlı olan badamça, yemişan və həmərsin toxumları əkilib.

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Sadiq Məmmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: