Muxtar respublikada baş verə biləcək fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlər davam etdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi muxtar respublikada baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirləri davam etdirir. Avqust ayında Naxçıvan Qaz-Turbin, “Arpaçay-1”, “Arpaçay-2” Elektrik stansiyalarında, Arpaçay Su Anbarı və Supaylayıcı Qurğular Kompleksində, Heydər Əliyev Su Anbarında və onun üzərindəki Su Elektrik Stansiyasında fövqəladə hallara hazırlığın vəziyyəti yoxlanılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ötən ay fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlər çərçivəsində müxtəlif mövzularda təlimlər və əməli məşğələlər keçirilib. Qəza və hadisələrin baş verməməsi üçün təhlükə pоtensialı olan 12 оbyektdə texniki təhlükəsizliyin vəziyyəti yоxlanılıb, 160 texnoloji nəqliyyat vasitəsinə 2019-cu il üçün texniki baxış keçirilib. Həmçinin 13 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib. Mülki müdafiə işinin təşkili ilə bağlı 10 mərkəzi icra hakimiyyəti orqanında mülki müdafiə sahəsində yoxlama aparılıb, 6 tədris qrupu üzrə heyətin fövqəladə hallara hazırlanması təşkil edilib, 53 ümumtəhsil məktəbində tədris-metodik toplantı, 14 obyektdə maarifləndirici tədbir, 20 təşkilatda qrup məşğələsi keçirilib. Habelə 3 rayonda 28 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanıb.

Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 321 obyektdə yanğın-texniki müayinələr aparılıb, kənd yaşayış məntəqələrində 562 yaşayış evinə baxış keçirilib. Standarta uyğun olmayan qaz xətlərinin istismarı dayandırılıb, 2500 nəfər yanğına qarşı təlimatlandırılıb. Tikinti obyektlərində təhlükəsizliyə nəzarət olunaraq 15 obyektdə betonun naturada möhkəmlik göstəricisi yoxlanılıb, 12 obyektin layihə sənədləri ekspertizadan keçirilib. Bundan başqa, 66 tikinti obyektində yoxlama-nəzarət funksiyaları tətbiq edilib, 5 obyektdə dövlət nəzarətinin fərdi qaydada aparılması üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: