Uşaq Kitabxanasında şair-yazıçılarla görüş

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 21 sentyabr  Beynəlxalq Sülh günü münasibətilə şeir müsabiqəsi və şair-yazıçılarla görüş keçirilib.

Əvvəlcə Kitabxananın direktoru Kamal Axundov tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Beynəlxalq Sülh gününün əhəmiyyəti və tarixi haqqında geniş məlumat verib.

Sonra yazıçılar birliyinin üzvləri Həsənəli Eyvazlı, Əbülfəz Ülvi, Ələsgər Nehrəmli və Yadulla Zaman tərəfindən bir-birindən maraqlı şeirlər səsləndirilib.

Sonda Beynəlxalq Sülh günü münasibətilə şeir müsabiqəsi keçirilib. Müsabiqədə fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunub.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: