Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müşavirə keçirildi - FOTOLAR

2129

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.

Müşavirədə Daxili işlər naziri general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub. Uğurla tətbiq edilən idarəetmə sistemi əsasında sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilib, əhalinin rifah-halı yaxşılaşdırılaraq ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib.

“2018-2019-cu illərin payız-qış mövsümündə qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinin nəticəsidir ki, ötən dövr ərzində daxili işlər orqanları heç bir çətinliklə üzləşməyib, mövsümü nailiyyətlərlə başa vurub”, – deyən nazir diqqətə çatdırıb ki, qış aylarında sürüşmə nəticəsində heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb, inzibati binalar fasiləsiz istiliklə təmin olunub,  qazanxanalarda və mühafizə olunan obyektlərdə çalışan şəxslərlə aparılan hüquqi maarifləndirmə tədbirləri və ciddi nəzarət mexanizmi nəticəsində hər hansı xoşagəlməz hadisə baş verməyib. Bunlarla yanaşı Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyətinin isti qış geyimləri ilə təmin olunması, əsgər yataqxanalarının istilik sistemində texniki tədbirlərin keyfiyyətlə həyata keçirilməsi, eləcə də kifayət qədər ərzaq ehtiyatının yaradılamsı payız-qış mövsümünün nöqsansız başa vurulması ilə nəticələnib.                                     

Nazir bildirib ki, bu ilin sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası nazirlik və onun struktur bölmələri tərəfindən yüksək səviyyədə təmin edilməli, qışa hazırlıq işləri vaxtında və tam həcmdə yerinə yetirilməli, yaradılan şəraitdən səmərəli istifadə olunmaqla qurulanların qorunub saxlanılmasına diqqət artırılmalıdır.

Müşavirədən irəli gələn vəzifələrin icrası istiqamətində Daxil İşlər Nazirliyinin aid strukturları qarşısında müvafiq tapşırıqlar qoyulub.

Müşavirədə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyevin, nazirliyin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimovun, nazirliyin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyevin çıxışları dinlənilib.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: