İqlimin müdafiəsi naminə nümayişlər görünməmiş miqyas alıb

160

Dünən planlaşdırılan və bütün Avropada, o cümlədən Almaniyada keçirilən iqlimin müdafiəsi naminə nümayişlər bütün mümkün gözləntiləri geridə qoyub.

NUHÇIXAN xəbər verir ki, təkcə Berlindəki aksiyada qocadan tutmuş cavanadək bütün yaş qruplarından və sosial təbəqələrdən olan 270 min şəhər sakini, o cümlədən almanlar və immiqrantlar iştirak ediblər. Nümayişdə ev heyvanları və quşları da “nümayişkaranə” surətdə iştirak edib. Belə ki, aksiya iştirakçılarının çoxu aksiyaya bəslədikləri heyvanlarla birlikdə qatılıblar. Onların arasında əyninə kağız transparant geyindirilmiş tutuquşu xüsusilə diqqəti cəlb edib.

Yeddinci sinif şagirdinin emosional çıxışı nümayiş iştirakçılarında dərin təəssürat oyadıb. Məktəbli qız deyib ki, dünyada nələrsə düzgün getmir, iqlim dəyişir. O, bunu qışda qar yağmayanda, Berlində böyümüş valideynlərinin ona bəhs etdikləri kirşə sürmək kimi sadə uşaq əyləncələrinin artıq əlçatmaz olduğunu görəndə başa düşüb.

Berlinin mərkəzində yürüş və Brandenburq qapıları yanında yekun mitinq-konsert dünənki nümayişin kulminasiyası olub. İştirakçılar əsas etibarilə kömürlə işləyən istilik elektrik stansiyalarından 2030-cu ilə qədər tamamilə imtina olunmasını və Almaniyanın 2035-ci ilə qədər bütünlüklə bərpa olunan enerji mənbələrinə keçməsini tələb ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: