Gənc dövlət qulluqçuları üçün təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları”adlı təlim keçirilib.  Sentyabrın 19-dan start verilən təlimə Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.

Təlimin ilk günü “Dövlət qulluğunda etika”,  növbəti gün isə “Peşə etikası və etiket qaydaları” adlı mövzuya dair slaydlarla zənginləşdirilmiş çıxışlar dinlənilib.

Ekspertlərin çıxışında bildirilib ki, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə vətəndaşların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir.

Sonda təlimdə fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: