Növbəti satış-yarmarkada sıxlıq müşahidə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda kənd təsərrüfatı və ərzaq  məhsullarının  növbəti satış-yarmarkası təşkil olunub. Yarmarkaya Naxçıvan şəhərinin kəndlərindən və muxtar respublikamızın rayonlarından kənd təsərrüfatı məhsulları çıxarılıb. Rayonlarda fəaliyyət göstərən ailə təsərrüfatlarında hazırlanan ekoloji cəhətdən təmiz və insan sağlamlığı faydalı məhsullar alıcıları daha çox cəlb edib.

Mövsümə uyğun yetişdirilən tərəvəz məhsullarına da tələbat yüksək olub. Alıcılara Şərur rayonundan gətirilən kartof, soğan, Babək rayonunun ağartı məhsulları, Ordubad meyvələri, Kəngərlinin və Şahbuzun dərman bitkiləri, Culfanın üzüm məhsulları, Sədərək rayonundan gətirilmiş mürəbbələr təklif olunub. Burada qiymətlər digər bazar və ticarət şəbəkələrinə nisbətən 15-20 faiz ucuz olub.

Həmçinin yarmarkaya muxtar respublikada istehsal edilən keyfiyyətli şirniyyatlar, süd məhsulları, sənaye məhsulları olmaqla ümumilikdə 30-a yaxın  istehsal müəssisəsindən 90 adda, 250  çeşiddə yerli məhsul çıxarılıb

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: