Daş arx kanalı yenidən qurulur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun ən iri təsərrüfatlarından olan Yaycı kəndində Yaycı gölünün su ilə doldurulması və əkin sahələrinin su ilə təchizatının yaxşılaşdırılması məqsədilə Daşarx kanalı yenidən qurulur. 

Yaycı Daşarx kanalının 800 metr hissəsinin istiqamətinin dəyişdirilməsi işi artıq yekunlaşmaq üzrədir. Mövcud texnikaların köməyi ilə 130 min kub torpaq daşınıb. Hazırda kanalda son tamamlama işləri görülür. Daşarx kanalının yenidən qurulması Yaycı kənd ərazisində əkin sahələrinin suvarma suyu ilə təchizatı işini xeyli yaxşılaşdıracaq.

Qeyd edək ki, mənbəyini Ordubad rayonunun Gilançayından götürən Yaycı gölünü və Yaycı kəndinin 1200 hektar əkin sahələrini və həyətyanı sahələri suvarmaq məqsədi ilə çəkilən Daşarx kanalının uzunluğu 13 km-dir. Yaycı gölü və əkin sahələrinə su verilməsi işini yaxşılaşdırmaq məqsədilə cari ilin fevral ayından Daşarx kanalının yenidən qurulması və kanalın istiqamətinin dəyişdirilməsi işinə başlanılıb. Rayon Meliorasiya və Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilən quruculuq tədbirlərinə kifayət qədər texnika cəlb olunub.

Ədalət  Cəfəroğlu

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: