Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bir portuqaliyalı kimi ölkəsinin iqlim dəyişmələri ilə mübarizədə, həmçinin miqrasiya və qaçqınlar məsələsində ön planda olması ilə fəxr etdiyini bildirib.
NUHÇIXAN Portuqaliya KİV-lərinə istinadla xəbər verir ki, Quterreş Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souza ilə görüşdə bu barədə bəyan edib.
“Portuqaliya xüsusilə çətin vəziyyətlərdə vətəndaşların silahlı qruplaşmalardan müdafiə olunmasında BMT-yə çox dəyərli yardım göstərib və qeyri-adi qabiliyyətini nümayiş etdirib. Bütün digər ölkələr onun bu qabiliyyətinə heyrandırlar”, - deyə Quterreş jurnalistlər üçün bəyanatında bildirib.
Miqrasiya və qaçqınlar məsələsinə gəlincə, BMT-nin Baş katibi Portuqaliyanın nümunə göstərərək qeyd edib ki, bu ölkə miqrasiya haqqında saziş üzrə fəaliyyət planını təsdiqləyən ilk ölkə olacaq.